Ali təhsil müəssisələrində yenilik | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali təhsil müəssisələrində yenilik

Qafar Ağayev11:43 - 13 / 10 / 2021
Ali təhsil müəssisələrində yenilik

2021-2022-ci tədris ili ərzində Təhsil Nazirliyi və “Code Academy” şirkətinin əməkdaşlığı çərçivəsində ali məktəblərin ümumilikdə 1000-ə yaxın tələbəsi informasiya texnologiyaları ixtisaslarının aktual istiqamətləri üzrə tədris proqramlarına cəlb olunacaq.

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin müvafiq ixtisaslarda təhsil alan 150-yə yaxın tələbəsinə proqramlaşdırma, şəbəkə administratorluğu, informasiya texnologiyaları mütəxəssisi (helpdesk), sistem və bulud texnologiyaları modullarının öyrədilməsi nəzərdə tutulub.

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər