Nərimanov rayonunda daha bir küçə təmir olunur - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanov rayonunda daha bir küçə təmir olunur - FOTO

Qafar Ağayev10:47 - 14 / 10 / 2021
Nərimanov rayonunda daha bir küçə təmir olunur - FOTO

Nərimanov rayonunda 1.8 km uzunluğa malik Ağa Nemətulla küçəsinin təmirinə başlanılıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirib ki, Küçə boyu köhnə səki daşlarının söküntüsü işləri aparılır. Daha sonra küçənin köhnə örtüyü sökülərək yeni asfalt-beton örtüklə əvəz ediləcək. Mövcud piyada səkiləri bərpa olunacaq, xüsusi parkinq yerləri yaradılacaq. Yağış-kanalizasiya sisteminin bərpa olunacaq, yağış barmaqlıqlarının quraşdırılacaq. Nərimanov rayonu ərazisində bu il 10.4 km uzunluğa malik 16 küçə təmir olunur. 2019-2020-ci illərdə rayon ərazisində 20 km-dən çox küçə və yol təmir edilib

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər