Bakıda daha bir məktəb distant tədrisə keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir məktəb distant tədrisə keçib

Qafar Ağayev13:36 - 22 / 10 / 2021
Bakıda daha bir məktəb distant tədrisə keçib

Paytaxtdakı 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verlən məlumata görə, 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Paylaş:
1076

Son xəbərlər

Bütün xəbərlər