Bakıda 79 min manatlıq dələduzluq edən qadın tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 79 min manatlıq dələduzluq edən qadın tutulub

13:37 - 25 / 10 / 2021
Bakıda 79 min manatlıq dələduzluq edən qadın tutulub

Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, DİN əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində işə düzəltmək adı ilə 5 nəfər paytaxt sakinini aldadaraq onlardan ümumilikdə 79.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Qədirova saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

1news.az

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər