Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

S.Xankişiyeva14:30 - 26 / 10 / 2021
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Bakının 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.

Bu barədə 1news.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbin 3 şagirdi və 5 müəllimi COVID-19 infeksiyasına yoluxub: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub".

Paylaş:
452

Son xəbərlər

Bütün xəbərlər