769 şəhid və qazi ailəsinin içməli su təchizatı yaxşılaşdırılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

769 şəhid və qazi ailəsinin içməli su təchizatı yaxşılaşdırılıb - FOTO

S.Xankişiyeva15:25 - 28 / 10 / 2021
769 şəhid və qazi ailəsinin içməli su təchizatı yaxşılaşdırılıb - FOTO

Vətən müharibəsində şanlı tarix yazaraq şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış vətənpərvər oğulların ailələrinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən daim diqqətdə saxlanılır.

ASC-dən 1news.az-a bildirilib ki, Bakı şəhəri və Abşeron yarımadası, həmçinin regionlardan daxil olmuş müraciətlər əsasında şəhid ailələrinin və qazilərin su təminatının yaxşılaşdırılması ilə bağlı zəruri işlər görülüb. Daxili imkanlar hesabına həyata keçirilən layihələr çərçivəsində ümumi uzunluğu 51 km olan su xətləri çəkilib. Son 1 ildə 457 şəhid və 312 qazi ailəsi daxil olmaqla, ümumilikdə 769 ailənin içməli su təchizatı yaxşılaşdırılıb.

Şəhid ailələri və qazilər üçün çəkilmiş su xətlərindən yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə də yeni birləşmələr verilərək su sayğacları quraşdırılıb və həmin ərazilərdə yaşayan əhali fasiləsiz içməli su ilə təmin olunub.

Ötən müddətdə kanalizasiya problemi olan şəhid və qazi ailələrinin yaşadığı fərdi yaşayış evlərinin tullantı su şəbəkələrinə qoşulması üçün də bir sıra tədbirlər həyata keçirilib. Bu məqsədlə ümumi uzunluğu 3 km olan kanalizasiya xətləri inşa edilib.

Paylaş:
502

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər