İlin sonuna kimi Qarabağda 11 suölçmə stansiyasının tikintisi başa çatacaq
Bu ilin sonuna kimi işğaldan azad olunan ərazilərdə 11 hidroloji suölçmə stansiyasının tikilib başa çatdırılması nəzərdə tutulur.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini bildirib ki, azad olunmuş ərazilərimizdə 2 milyard kubmetrə yaxın su ehtiyatları var: "Su ehtiyatlarından səmərəli istifadə olunması və əhaliyə əlçatanlığın təmin olunması üçün lazımi tədbirlər görüləcək. Bununla bağlı bir çox layihələrimiz var. "Suqovuşan", "Köndələnçay" və "Xaçınçay" su anbarlarının təmir edilməsi ilə bağlı layihələr işlənilir".
337