DİM-in bəzi elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM-in bəzi elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılıb

Qafar Ağayev12:23 - 01 / 11 / 2021
DİM-in bəzi elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılıb

Dövlət İmtahan Mərkəzi (DİM) elektron xidmətlərindən istifadə edən şəxslərə müraciət edib.

Bu barədə 1news.az-a DİM-dən məlumat verilib.

Müraciətdə qeyd olunub ki, serverdə aparılan texniki işlərlə əlaqədar olaraq hal-hazırda şəxsi kabinet vasitəsi ilə keçid edilən xidmətlərdən istifadə müvəqqəti dayandırılıb.

Son müddəti müəyyən olunmuş qeydiyyatların uzadılması barədə əlavə məlumat veriləcəkdir.

Paylaş:
623

Son xəbərlər

Bütün xəbərlər