Minskdə Nizami Gəncəviyə abidə qoyulacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Minskdə Nizami Gəncəviyə abidə qoyulacaq

Qafar Ağayev16:07 - 08 / 11 / 2021
Minskdə Nizami Gəncəviyə abidə qoyulacaq

Belarusun paytaxtı Minskdə Gəncə şəhərində doğulmuş görkəmli şair və mütəfəkkir Nizami Gəncəviyə abidə qoyulacaq.

1news.az-ın məlumatına görə, bu barədə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Belarus dövlətinin başçısı Azərbaycan Prezidentinə bildirib ki, Belarus və Azərbaycan xalqlarının dostluğu əlaməti olaraq Minskdə Gəncə şəhərində doğulmuş görkəmli şair və mütəfəkkir Nizami Gəncəviyə abidə qoyulacaq.

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər