Bakıda sudan qanunsuz istifadə edən obyektlər aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sudan qanunsuz istifadə edən obyektlər aşkarlanıb - FOTO

Qafar Ağayev17:37 - 11 / 11 / 2021
Bakıda sudan qanunsuz istifadə edən obyektlər aşkarlanıb - FOTO

Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.

“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə qurum tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Bakı şəhəri Sabunçu rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində 96 bölmədən ibarət istixana kompleksində içməli sudan qeyri-qanuni istifadə edilib. İstixana sahibi ərazidən keçən magistral su kəmərinə özbaşına qoşulma etməklə 100 mm diametrli xətt vasitəsilə qanunsuz su çəkib və uçotsuz istifadə edib.

Kürdəxanı qəsəbəsində üzlük daş sexində də sudan müqaviləsiz istifadə edildiyi aşkarlanıb. Məlum olub ki, sahibkar texniki şərt almadan və sayğac quraşdırmadan içməli sudan istifadə edib.

Ət kəsimi və təndir sexində də su təchizatı özbaşına və qanunsuz çəkilmiş xətt vasitəsilə aparılıb. Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

Vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 13537, Sabunçu rayonu üzrə isə 2540 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 3 mln 887 min və 797 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin 10 ayı ərzində sudan qanunsuz istifadə ilə bağlı 200-dək fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Paylaş:
390

Son xəbərlər

Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08
Bütün xəbərlər