Goranboyda naməlum meyit qalıqları tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda naməlum meyit qalıqları tapılıb

S.Xankişiyeva15:11 - 13 / 11 / 2021
Goranboyda naməlum meyit qalıqları tapılıb

Noyabrın 13-ü saat 12 radələrində Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Xocalı rayon prokurorluğundan 1news.az-a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyit fraqmentlərinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
484

Son xəbərlər

Bütün xəbərlər