MN: Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir

14:12 - 16 / 11 / 2021
MN: Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

1news.az

Paylaş:
525

Son xəbərlər

Bütün xəbərlər