Soyuducu istehsallında inqilab: Samsung BESPOKE dünya bazarlarını fəth edir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Soyuducu istehsallında inqilab: Samsung BESPOKE dünya bazarlarını fəth edir – FOTO – VİDEO

11:30 - 16 / 11 / 2021
Soyuducu istehsallında inqilab: Samsung BESPOKE dünya bazarlarını fəth edir – FOTO – VİDEO

Samsung Electronics BESPOKE soyuducularını dünya bazarına çıxardaraq fərdiləşdirilə bilən məişət texnikasının yeni dövrünü elan etdi.

İlk dəfə 2019-cu ildə istifadəyə verilən BESPOKE, yeni bir fəlsəfəni canlandıraraq, adi soyuducunu yenidən kəşf etməyə imkan yaratdı. Sözü gedən bu fəlsəfə soyuducunuzun saxlama sahəsini və xarici görünüşünü fərdiləşdirmək üçün Samsung-un Flat Style kimi tanınan minimalist dizaynından ibarətdir.

Samsung Electronics-in Rəqəmsal Texnologiyalar Departamentinin rəhbəri Jae Seung Lee qeyd edir ki: “Biz istifadəçilərin dəyişən vərdişlərinə cavab verən hərtərəfli interyer həlləri təklif edərək, BESPOKE məhsul xəttini bütün dünyada əlçatan etməkdən məmnunuq hissi duyuruq. Bizim vəzifəmiz insanların gündəlik həyatlarında kömək edən məhsullar yaratmaqdır."

Beləliklə, BESPOKE soyuducuları öz sahibinin həyat tərzinə və onda baş verən dəyişikliklərə asanlıqla uyğunlaşır. Modullar bir-birini tamamlayaraq, birləşdirmə dəsti ilə bir araya gətirilir. Məsələn, kiçik bir ailə üçün adi bir soyuducu kifayət edir, lakin, böyük bir mənzilə köçdüyünüzdə və ya ailəniz böyüdükdə, mövcud soyuducunuza daha bir modul əlavə edərək onu bir növ Side-by-Side soyuducusuna çevirərək mümkündür.

Lakin, transformasiya BESPOKE-u fərdiləşdirməyin yeganə yolu deyil, belə ki, məhsul xətti həm də dəyişdirilən bilən ön panellərin rəng və material seçimini təqdim edir. Burada siz adi "boz metal" və ya “ağ” rəng ilə qarşılaşmayacaqsınız. Buna misal olaraq, mətbəxiniz təbii rənglərdə dizayn edilibsə, quru gili xatırladan teksturaya malik metallik Cotta-ya nəzər yetirin. Mətbəxiniz böyük və işıqlıdırsa, günəş işığını əks etdirən parlaq Glam Glass örtüyünə üstünlük verin. Beləliklə, BESPOKE müxtəlif rəngləri və örtükləri birləşdirmək bacarığı sayəsində hətta ən tələbkar istifadəçini belə razı salmağa qadirdir.

Bu keyfiyyətlər BESPOKE soyuducusunun istənilən interyerə və məkana uyğunlaşmasına imkan yaradaraq, həm də sözü gedən məhsula bir çox nüfuzlu dizayn mükafatları əldə etməyə kömək etmişdir. Buna misal olaraq, International Forum (iF) Design Award 2020-da çempionluğunu və International Design Excellence Awards (IDEA) 2020-də ikinciliyə və Best-in-Show adına layiq olmasını qeyd etmək olar.

BESPOKE seriyasının hətta daxili quruluşu maraqlıdır. Belə ki, soyuducular tənzimlənə bilən temperatur zonası ilə təchiz olunub ki, bu da bir bölmədə 2 müxtəlif parametri təyin etməyə və Flex Divider ilə hər iki hissənin sahəsini tənzimləməyə imkan verir. Əlavə olaraq qatlana bilən 2-step Fold Shelf rəfini yarıya kimi qatlaya və ya böyük qablar üçün yer açmaq üçün tamamilə yığışdıra bilərsiniz. Rack & Shelf çoxfunksiyalı rəfinin dizaynı isə onu qida və şüşələrin saxlanması üçün əvəz edilməz edir, belə ki, burada xüsusi səth onları üfüqi vəziyyətdə saxlamağa imkan yaradır. Həmçinin, Humidity Fresh + zonası tərəvəz və meyvələrin uzun müddət təravətli qalması üçün rütubət səviyyəsini 80%-ə qədər qoruyub saxlaya bilir.

Hansı BESPOKE-un sizin üçün daha uyğun olduğunu hələ də bilmirsinizsə, Samsung tərəfindən yaradılmış unikal onlayn resursdan - BESPOKE Studio-dan, faydalana bilərsiniz. Burada virtual konfiquratordan istifadə edərək fərdi məhsulları nəzərdən keçirə, araşdıra və seçə bilərsiniz. Bu alət sizə mətbəxinizə və üslubunuza uyğun olaraq öz soyuducunuzu dizayn etməyə və əldə etməyə imkan yaradır.

Fərdiləşdirilə bilən dizayn, geniş rəng palitrası və təkmilləşdirilmiş qida saxlama imkanları ilə BESPOKE istifadəçilərə özlərini ifadə etməyə imkan yaradan yeni mətbəx cihazıdır. BESPOKE soyuducuları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından əldə bilirsiniz. Həmçinin, yeni BESPOKE soyuducuları artıq satışdadır və rəsmi distributorlar olan Baku Electronics, Irşad, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər