ANAMA və DSX əməkdaşlarının minaya düşməsi ilə bağlı cinayət işi başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA və DSX əməkdaşlarının minaya düşməsi ilə bağlı cinayət işi başlanılıb

S.Xankişiyeva10:20 - 20 / 11 / 2021
ANAMA və DSX əməkdaşlarının minaya düşməsi ilə bağlı cinayət işi başlanılıb

Noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat idmətindən 1news.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər