Komitə sədri ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədri ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb

Qafar Ağayev15:06 - 29 / 11 / 2021
Komitə sədri ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 8 Noyabr - Zəfər Günü münasibətilə ABŞ-ın Florida ştatında Azərbaycan icmasının nümayəndələri ilə keçirilən tədbirdə 30 ildən artıqdır ABŞ-da yaşayan həmyerlimiz Nobert Yevdayevlə də görüşüb.

Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, komitə sədri bir sıra elmi işlərin müəllifi olan şair, yazıçı, rəssam, jurnalist, ABŞ-dakı Dağ Yəhudiləri icmasının aylıq “Novıy rubej” jurnalının təsisçisi Nobert Yevdayevə dünya azərbaycanlılarının həmrəyliyi sahəsindəki fəaliyyətinə və Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi xidmətlərinə görə təşəkkürünü bildirib, ona “Azərbaycan xalçaları - Qarabağ qrupu” kitabını və milli xalça suveniri hədiyyə edib.

Öz növbəsində Nobert Yevdayev göstərdiyi diqqətə görə təşəkkür edib və Azərbaycanı təmsil etməkdən böyük qürur hissi keçirdiyini deyib. Həmyerlimiz Komitə sədrinə kitab hədiyyə edib və müəllifi olduğu şeirdən bir parça söyləyib.

Qeyd edək ki, əslən Bakı yəhudisi olan Nobert Yevdayev 1989-cu ildən ABŞ-da yaşayır. O, Azərbaycan mədəniyyətinin Amerikada təbliğ olunması istiqamətində bir sıra tədbirlər təşkil edib. Prezident İlham Əliyevin 13 mart 2006-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Paylaş:
304

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər