Azərbaycanlı qardaşlarımızın başı sağ olsun - Binəli Yıldırım | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı qardaşlarımızın başı sağ olsun - Binəli Yıldırım

S.Xankişiyeva17:50 - 30 / 11 / 2021
Azərbaycanlı qardaşlarımızın başı sağ olsun - Binəli Yıldırım

Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə o, tviterdə paylaşım edib.

“Can Azərbaycanda baş verən hərbi helikopter qəzasında həlak olan qardaşlarımıza Allahdan rəhmət, ailələri və yaxınlarına səbir diləyirəm. Rəbbim yaralılarımıza tezliklə şəfa versin. Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”, - paylaşımda bildirib.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var

Helikopter qəzasında həlak olan hərbçilərin adları açıqlandı - SİYAHI

İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Paylaş:
405

Son xəbərlər

Bütün xəbərlər