Azərbaycanda məktəblilərin öldüyü hadisənin TƏFƏRRÜATI - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda məktəblilərin öldüyü hadisənin TƏFƏRRÜATI - FOTO

16:14 - 06 / 12 / 2021
Azərbaycanda məktəblilərin öldüyü hadisənin TƏFƏRRÜATI - FOTO

Ötən gün Gəncə şəhərində 16 yaşlı oğlanın törətdiyi, özünün və yolun kənarı ilə gedən 13 yaşlı qızın həlak olması ilə nəticələnən dəhşətli yol qəzası böyük müzakirələrə səbəb oldu.

1news.az-ın publika.az-a istinadən verdiyi xəbərə görə, ilkin araşdırmalar zamanı orta məktəbin 10-cu sinfində oxuyan Nüman Əlizadənin atasına məxsus “Mercedes-Benz E-Class” markalı avtomobili icazəsiz götürməsi, sürücülük hüququ olmadan idarə etməsi məlum olub.

Hadisə şahidləri bildiriblər ki, qəzaya düşən avtomobildən çox yüksək tonda musiqi səsi gəlirmiş. Nüman Əlizadə dostları ilə musiqi sədaları altında avtomobilli şəhərin mərkəzində sürətlə idarə edərək təhlükəli manevrlər edirmiş.

Qeyd edək ki, qəza zamanı sürücü, 2005-ci il təvəllüdlü Nüman Əlizadə, piyada, 2008-ci il təvəllüdlü Nazlı İbrahimova ölüb. Hadisə zamanı 2003-cü il təvəllüdlü Cavid Kazımov, 2004-cü il təvəllüdlü Elcan Əliyev və onun həmyaşıdı İlkin Bayramov xəsarət alıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Hadisəni törədən və vəfat edən 16 yaşlı Nümanın fotosunu təqdim edirik.

Qeyd edək ki, Nümanın atası Namiq Əliyev Gəncə Dövlət Universitetində çalışır.

1news.az

Paylaş:
276

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər