AQTA Bakıda kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA Bakıda kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb

S.Xankişiyeva10:40 - 13 / 12 / 2021
AQTA Bakıda kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı məsələyə münasibət bildirib.

1news.az-a AQTA-dan bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Mövzu ilə əlaqədar oxuyun:

Bakıda 8 nəfər dönərdən zəhərlənib – YENİLƏNİB

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər