“Hoteldə 2 gecəlik qiymət mənim bir aylıq maaşımdır” - Deputat | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hoteldə 2 gecəlik qiymət mənim bir aylıq maaşımdır” - Deputat

Qafar Ağayev13:32 - 14 / 12 / 2021
“Hoteldə 2 gecəlik qiymət mənim bir aylıq maaşımdır” - Deputat

“Bu gün burda hamı təkliflərini dedi. AZAL qiymətləri endirəcəkmi? Yox, endirməyəcək”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas Mili Məclisin iclasında çıxışı zamanı deyib.

“Artıq İrəvandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum.Bu məsələyə ciddi şəkildə baxılmalıdır. Deputatların bu gün burda dediyi qalır havada. Sözümüzün havada qalmaması üçün bəlkə bu məsələyə qayıtmayaq, AZAL qiymətləri qaldıra-qaldıra getsin?".

“AZAL-ın bu qədər pulu var, Allahın bir futbol komandasını da saxlaya bilmədi” – deyə, deputat əlavə edib:

“Dünən Prezident İlham Əliyev “Qarabağ” futbol klubunu qəbul etdi, dedi ki, niyə Azərbaycanın bir futbol klubu olmalıdır? İş adamları pul ayırmır. Digər tərəfdən, qiymətlər çox bahadır. Hotellərdə bir gecə, iki gün qalmaq üçün mənim 1 aylıq maaşım qədər pul verməlisən. Qiymət məsələsi birdəfəlik həll olunmalıdır. Xahiş edirəm, Sahibə xanım, özünüz Milli Məcisin sədri kimi bu işə qarışın”.

Paylaş:
289

Son xəbərlər

Bütün xəbərlər