Bakıda “Made in Uzbekistan” milli məhsullar sərgisi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Made in Uzbekistan” milli məhsullar sərgisi - FOTO

15:00 - 14 / 12 / 2021
Bakıda “Made in Uzbekistan” milli məhsullar sərgisi - FOTO

Özbəkistan Respublikasının İnvestisiyalar və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə Bakıda “Made in Uzbekistan” biznes missiyasını təşkil edir.

Burada 80-dən artıq yerli tekstil, dəri və ayaqqabı, ipək, qida, kimya, elektrik-texniki, əczaçılıq, metallurji, tikinti, mebel və maşınqayırma sənayesi istehsalçılarının iştirakı nəzərdə tutulur.

Bununla yanaşı, şərab mədəniyyəti, turist potensialı və özbək xalqının xalq-tətbiqi sənət nümunələri sərgilənəcəkdir.

Sərginin iştirakçıları və qonaqları Özbəkistanın turizm potensialı, sənətkarlıq məhsulları ilə tanış ola, həmçinin özbək milli yeməklərinin hazırlanması prosesində iştirak edə biləcəklər.

Tədbirin qonaqlarını Özbəkistanın qastronomiya mədəniyyəti ilə yaxından tanış etmək məqsədilə sərgi zamanı 100 kiloqramdan çox çəkidə özbək bayram plovu, həmçinin iştirakçılara və qonaqlara dadmaq üçün 1000 ədəddən çox samsa hazırlanacaq.

Eyni zamanda, sərgi çərçivəsində müxtəlif tematik və maarifləndirici müsabiqələr keçiriləcək, bu müsabiqələrdə sərgi iştirakçılardan qiymətli hədiyyələr təqdim olunacaq.

“Made in Uzbekistan” milli məhsullarının sərgisi 2021-ci il dekabrın 15-dən 17-dək Baku Marriott Boulevard Hoteldə keçiriləcək.

Azərbaycan biznes icmasının nümayəndələri dekabrın 16-sı saat 10:30-da başlayacaq B2B formatında işgüzar görüşlərə dəvət olunur. Yazılmaq üçün 050 388 57 65 telefon nömrəsi ilə Murodjon Umataliyevə müraciət etmək mümkündür.

Reklam hüququnda

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər