Gənclər və idman nazirinə daha bir vəzifə verildi - Milli Olimpiya Komitəsində TƏYİNATLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclər və idman nazirinə daha bir vəzifə verildi - Milli Olimpiya Komitəsində TƏYİNATLAR

Qafar Ağayev12:57 - 16 / 12 / 2021
Gənclər və idman nazirinə daha bir vəzifə verildi - Milli Olimpiya Komitəsində TƏYİNATLAR

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib.

MOK-dan 1news.az-a verilən məlumata görə, hesabat-seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

İclasda Azər Əliyev MOK-un baş katibi, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.

Paylaş:
818

Son xəbərlər

Bütün xəbərlər