Son iki gündə yol qəzalarında 6 nəfər ölüb - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Son iki gündə yol qəzalarında 6 nəfər ölüb - STATİSTİKA

Qafar Ağayev10:20 - 20 / 12 / 2021
Son iki gündə yol qəzalarında 6 nəfər ölüb - STATİSTİKA

2021-ci il dekabr ayının 18-də və 19-da daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 77 cinayətin üstü “isti izlər”lə açılıb.

Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatla bağlı 29 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər