Təqaüd artımı tələbələr üçün hansı imkanları yaradacaq? - “Çıxışa doğru”da MÜZAKİRƏ

Ölkəmizdə tələbə gənclərin təhsil almalarının stimullaşdırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilməkdədir.
Son illərdə təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi məqsədilə ümumi təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, ali təhsilin Avropa standartlarına uyğunlaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi, müasir standartlara cavab verən təhsil infrastrukturlarının yaradılması istiqamətində mühüm işlər görülüb.
Bu baxımdan təqaüdlərin artımı tələbələrdə təhsilə marağı daha da stimullaşdıracaq.
1news.az-ın məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Təqaüd artımı tələbələr üçün hansı imkanları yaradacaq?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Azərbaycan-Fransiz Universitetinin icraçı direktoru, dosent Vazeh Əskərov, BMU-nun prorektoru, dosent Elçin Süleymanov, tarix elmləri üzrə fəlsəfə doktoru, əməkdar müəllimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctamai Şuranın üzvü Məleykə Əlizadə və jurnalist Mərahim Nəsib mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:
1news.az