Bakı metropoliteninin 2 əməkdaşı vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metropoliteninin 2 əməkdaşı vəfat edib

S.Xankişiyeva11:52 - 22 / 12 / 2021
Bakı metropoliteninin 2 əməkdaşı vəfat edib

“Bakı Metropoliteni” QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 07:55 dəqiqədə “Elmlər Akademiyası” stansiyasında özünü pis hiss edib.

Dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. TTY xidməti çatana qədər dünyasını dəyişib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib:

“İş yerinə gələndə, stansiya növbətçisi və polisə özünü pis hiss etdiyini deyib. “Bakı Metropoliteni” QSC-nin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”

Bundan başqa bu gün səhər işə gələrkən, “Bakı Metropoliteni”QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi Babaşxan Baxışov da ürək tutmasından yolda dünyasını dəyişib.

Paylaş:
438

Son xəbərlər

Bütün xəbərlər