Kəlbəcər yoluna 35 sm qar yağıb, yollar buz bağlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcər yoluna 35 sm qar yağıb, yollar buz bağlayıb

S.Xankişiyeva10:53 - 23 / 12 / 2021
Kəlbəcər yoluna 35 sm qar yağıb, yollar buz bağlayıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qeyri-sabit hava şəraiti ilə bağlı "Zəfər" yolu və Kəlbəcər yolundakı vəziyyəti açıqlayıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, 23 dekabr 2021-ci il saat 10:00-a olan məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa “ZƏFƏR” yolunda yağıntı olmasa da, ərazidə 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

"Toğanalı-Kəlbəcər-İstisu yolunda da hazırda yağıntı yoxdur. Amma yolun Murovdağdan keçən hissəsində 21.12.21 tarixdən gecə saatlarına qədər güclü qar yağıb, qarın hündürlüyü yoldan kənarlarda 30-35 sm təşkil edir. 16-20 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Yağıntı başlayandan bu gün səhər saatlarınadək yolun qardan təmizlənməsi işləri davam etdirilib, qum-duz səpilib. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur", - A.Nəcəfli deyib.

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər