VTB Azərbaycan uşaqlara Yeni il nağılını bəxş edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

VTB Azərbaycan uşaqlara Yeni il nağılını bəxş edib - FOTO

S.Xankişiyeva12:00 - 28 / 12 / 2021
VTB Azərbaycan uşaqlara Yeni il nağılını bəxş edib - FOTO

Rusiyanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə, VTB (Azərbaycan) və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə 24-26 dekabr tarixlərində uşaqlar üçün xeyriyyəçilik fəaliyyəti çərçivəsində «Nənənin nağılları» Yeni il tamaşaları təşkil olunmuşdur.

Rus nağılları əsasında təşkil olunan tamaşalar uşaqların böyük marağına səbəb olub. Nağıllardan tanıdıqları qəhrəmanları teatr səhnəsində görmək uşaqları çox sevindirib.

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında baş tutmuş beş tamaşanın hər birinin sonunda gənc tamaşaçılara içi şirniyyatla dolu hədiyyələr təqdim olunmuşdur.

Reklam hüququnda

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər