Suraxanıda ev yanıb, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda ev yanıb, xəsarət alan var

Qafar Ağayev16:03 - 06 / 01 / 2022
Suraxanıda ev yanıb, xəsarət alan var

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 238 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 198 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 135 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 1 m² sahədə qarsalanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hər iki evin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər