Qanunsuz qum daşınması ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz qum daşınması ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Qafar Ağayev15:16 - 07 / 01 / 2022
Qanunsuz qum daşınması ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Xəzər rayonu, Zirə qəsəbəsi ərazisindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov 1news.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə vətəndaş Əsəd Ağayev tərəfindən “HOWO” markalı 99-RE-643 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə 2592 m3 həcmində qumun qanunsuz daşındığı və təbiətə 36 288 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər