Sabahdan güclü külək əsəcək – XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan güclü külək əsəcək – XƏBƏRDARLIQ

S.Xankişiyeva16:46 - 07 / 01 / 2022
Sabahdan güclü külək əsəcək – XƏBƏRDARLIQ

Yanvarın 8-i səhərdən 9-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 8-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Azərbaycanın rayonlarında yanvarın 8-də bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Yanvarın 8-i axşam, 9-da gecə bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var.

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər