Abşeronda evdən 3 kişi meyiti tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda evdən 3 kişi meyiti tapıldı

Qafar Ağayev12:29 - 07 / 01 / 2022
Abşeronda evdən 3 kişi meyiti tapıldı

Abşeron rayonunda bir evdə 3 nəfərin dəm qazından boğularaq ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Evlərdən birində 3 kişi meyiti aşkar edilib. Meyitlərə keçirilən baxış zamanı onların dəm qazından boğularaq öldüyü məlum olub. Hadisənin bir müddət əvvəl baş verdiyi ehtimal olunur. Belə ki, hər 3 meyit çürümüş vəziyyətdə olub. Ölən şəxslərin İmişli rayon sakinləri - 1966-cı il təvəllüdlü Nərimanov Akif Bəybala oğlu, 1965-ci il təvəllüdlü Əliyev Gülağa Kamil oğlu və 1981-ci il təvəllüdlü Alışov Elşən Eldar oğlu olduğu müəyyən edilib.

Onlar həmin evdə təmir işləri aparıb, orada da qalırmışlar.

Paylaş:
432

Son xəbərlər

Bütün xəbərlər