Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 11,5 milyonu keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 11,5 milyonu keçib

S.Xankişiyeva16:41 - 11 / 01 / 2022
Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 11,5 milyonu keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə 32 735 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 124, buster doza üzrə vaksin olunanların sayı 25 215-dir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 531 165, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 187 462, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 699 487, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 644 216 təşkil edir.

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər