Piyadanı vurub qaçan sürücü tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Piyadanı vurub qaçan sürücü tutuldu

Qafar Ağayev13:07 - 12 / 01 / 2022
Piyadanı vurub qaçan sürücü tutuldu

Yanvarın 10-da saat 18 radələrində Nərimanov rayonunun "Baksol" yolunda müəyyən edilməmiş avtomobillə yolu keçən Lənkəran rayon sakini Fəzail İbrahimov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Daf” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin avtomobilin sürücüsü, Şəki rayon sakini R.Məmmədov saxlanılıb.

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər