Səkkiz illik məhkəmə çəkişməsi: “Baxçasaray” MTK ədalətə nail oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səkkiz illik məhkəmə çəkişməsi: “Baxçasaray” MTK ədalətə nail oldu - FOTO

10:08 - 17 / 01 / 2022
Səkkiz illik məhkəmə çəkişməsi: “Baxçasaray” MTK ədalətə nail oldu - FOTO

Kütləvi İnformasiya Vasitələri kütləvi şəkildə vətəndaşların hüquqlarını pozan tikinti şirkətlərinin özbaşınalığına həsr olunmuş saysız-hesabsız məqalələr dərc etmişdir. Bir çox hallarda məsuliyyətsiz tikinti şirkətləri vətəndaşlara düşən təzminatı ödəməkdən boyun qaçırmış, hətta sakinlər öz evlərini tərk etmədən belə söküntü işlərinə başlanılmışdır.

Bəzən isə elə hallar olur ki, tikinti şirkətinin özü qurbana çevrilir. “Haqqın.az” saytı belə bir unikal məhkəmə işi ilə qarşılaşmışdır. Bu məhkəmə işinə görə, Bakı sakini 8 il ərzində şirkəti şantaj edərək, böyük yaşayış kompleksinin tikintisini dondurmağa nail olmuşdur.

Söhbət “Bağçasaray” MTK-dan gedir. 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Xətai rayonu Nobel prospekti 134 C ünvanında tikintisinə icazə verilmiş müasir və komfortlu yaşayış kompleksi 6 hektar ərazidə salınmalı idi. Bütün lazımi icazə sənədlərinə malik olan şirkət ləngimədən layihənin icrasına başladı.

Lakin tikinti işlərinə başlamağa imkan tapmamış, tikinti sahəsində Adəm İsmayılov adlı biri peyda olmuş, bu ərazinin ona məxsus olduğunu və “Bağçasaray” MTK şirkətinin ərazidə tikinti işlərinin aparmaq hüququna malik olmadığını iddia etməyə başladı. Həmin şəxs şirkət rəhbərliyini məhkəməyə verməklə hədələyərək, şirkətdən böyük məbləğdə pul tələb etməyə başladı.

Şirkətin hüquqşünasları bir daha bütün icazə sənədlərini nəzərdən keçirərək yekdil qərara gəldilər ki, “çağırılmamış qonağın iddiaları əsassızdır və bu səbəbdən tikinti işləri davam etdirilməlidir.

Lakin Adəm İsmayılov da təslim olmaq istəmirdi. O, qohumu Sübhan Zayidovun vasitəsilə müxtəlif məhkəmə orqanlarına və bütün instansiyalara şikayət ərizələri göndərməyə başladı. Müəyyən məqamda şikayətlərin sayı o həddə çatdı ki, məhkəmə orqanları “vəziyyəti aydınlaşdıranadək” yaşayış kompleksinin tikintisinə müvəqqəti qadağa qoymaq qərarına gəldi. Beləliklə də, vəziyyətin aydınlaşdırılmasına 8 il vaxt tələb olunub.

Çoxsaylı məhkəmə çəkişmələrindən sonra ədalət nəhayət ki, öz yerini tapdı. Azərbaycan Respublikasının ali ədalət mühakiməsi orqanı sayılan Konstitusiya Məhkəməsi də “Baxçasaray” MTK-nin lehinə qərar çıxardı.

Nəhayət ki, məhkəmələrin ədalətli qərarları ilə tikinti şirkətinə qarşı 8 illik şantaja son qoyuldu. Bununla belə, yaşayış kompleksinin tikinti müddəti ilə bağlı bütün planları alt-üst oldu. Şirkətin bu müddət ərzində külli miqdarda vəsait itirdi.

Paylaş:
575

Son xəbərlər

Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01
Bütün xəbərlər