Dnepr şəhərində 20 Yanvar şəhidləri yad edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dnepr şəhərində 20 Yanvar şəhidləri yad edilib - FOTO

15:14 - 21 / 01 / 2022
Dnepr şəhərində 20 Yanvar şəhidləri yad edilib - FOTO

Ukraynanın Dnepr şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə anım tədbiri olub.

1news.az xəbər verir ki, tədbir Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Ukrayna-Azərbaycan mədəni-işgüzar mərkəzinin bazasında keçirilib. “Diaspornews.az xəbər verir ki, anım mərasimində diaspor üzvləri, Dnepropetrovsk vilayətinin rəsmi qurumlarının nümayəndləri, tələbələr iştirak ediblər.

Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb. Sonra Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğının mahiyyəti və səbəbi haqqında geniş məlumat verib.
“20 Yanvar xalqımızın qürur günüdür. Həmin gün müstəqillik yolunda ilk şəhidlərimizi verdik. Şəhidləri unutmadıq və unturmayacağıq”-deyə Nəcəf Əhmədov öz çıxışında qeyd edib.

Digərləri də çıxış edərək bildiriblər ki, 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Daha sonra 20 Yanvarla bağlı film nümayiş olunub.

Sonda Nəcəf Əhmədov Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresi və Dnepr Milli Texniki Universitetinin birgə keçirdiyi “Qara Yanvar: Azərbaycanın müstəqilliyinin dəyəri” mövzusunda esse müsabiqəsinin qaliblərinə mükafat və diplomlar təqdim edib.

Paylaş:
261

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər