Bu gün 1614 nəfər koronavirusa yoluxub – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 1614 nəfər koronavirusa yoluxub – STATİSTİKA

S.Xankişiyeva16:41 - 22 / 01 / 2022
Bu gün 1614 nəfər koronavirusa yoluxub – STATİSTİKA

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 614 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 16 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 632 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 766 nəfər müalicə olunaraq sağalıb, 8 597 nəfər vəfat edib. 11 671 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 846, bu günə qədər isə ümumilikdə 6 056 428 test icra olunub.

Mövzu ilə əlaqədar oxuyun:

Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul edib

Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır

İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək

Koronavirusa yoluxan təyyarə ekipajı ilə təmasda olan işçilər test verməyəcək

Azərbaycanda karantin nəzarətinə götürülmə qaydası dəyişib

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər