Əvvəlki illərin məzunları üçün qəbul imtahanının tarixi məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Əvvəlki illərin məzunları üçün qəbul imtahanının tarixi məlum olub

17:50 - 24 / 01 / 2022
Əvvəlki illərin məzunları üçün qəbul imtahanının tarixi məlum olub

2 və 3 aprel tarixlərində əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.

1news.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

2-3 apreldə keçiriləcək imtahanlar aşağıdakılardır:

2 və 3 aprel

· əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

· müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı;

· qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan;

1news.az

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər