Akademik Milli Dram Teatrının fəaliyyəti dayandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Milli Dram Teatrının fəaliyyəti dayandırıldı

Qafar Ağayev15:02 - 26 / 01 / 2022
Akademik Milli Dram Teatrının fəaliyyəti dayandırıldı

Son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb.

1news.az xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının yaydığı məlumatda deyilir.

Bildirilib ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub.

Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınıb, teatrın inzibati binasına giriş-çıxış fevralın7-dək məhdudlaşdırılıb.

Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər