Son sutkada koronavirusa qarşı 30 mindən çox vaksin vurulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada koronavirusa qarşı 30 mindən çox vaksin vurulub - FOTO

Qafar Ağayev16:41 - 26 / 01 / 2022
Son sutkada koronavirusa qarşı 30 mindən çox vaksin vurulub - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 563 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 549, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 393 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 876 073, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 220 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 734 704, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 921 368 təşkil edir.

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər