Buster doza immuniteti 2 həftə sonra gücləndirir - Təyyar Eyvazov
Buster doza insanlarda immuniteti 2 həftə sonra gücləndirir.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, bu gün bütün dünyada COVID-19-la mübarizənin ən düzgün yolu vaksinayadır.
"Buster doza vurulandan sonra qoruyuculuğun xeyli artması elmi araşdırmalarla təsdiq olunub. Ona görə də bir sıra ölkələr tövsiyə edib ki, buster doza qəbul edilsin. Azərbaycan da həmin elmi araşdırmaları və beynəlxalq təcrübəni nəzərə alaraq, vətəndaşlarına buster doza tövsiyə edib.
Güman edirik ki, sonuncu dalğa daha qısamüddətli olacaq. Risk qrupuna aid olan şəxslər ilk növbədə buster doza almalıdır. Həmçinin, qoyulan qaydalara da ciddi əməl edilməlidir", - deyə o əlavə edib.