“Bang & Olufsen”dən Sevgililər Gününə hədiyyə ideyaları - FOTO
14 fevral bütün sevənlərin öz yarlarını xoş hədiyyə ilə sevindirmək istədiyi bir bayramdır.
“Bang & Olufsen” məhz bu günə özəl, heç kəsin biganə qala bilməyəcəyi maraqlı hədiyyə ideyaları təklif edir.
İdeya № 1: “Beoplay EQ” – Gözoxşayan, adaptiv küybatırıcı özəlliyə malik dəbli simsiz qulaqlıqlar.
“Beoplay EQ” Əsl “Active Noise Cacellation” (ANC) – küybatırıcı özəlliyə malik ilk əsl simsiz qulaqlıqlardır. Dəbdəbəli gündəlik istifadə üçün nəzərdə tutulmuş bu qulaqlıqlar qabaqcıl texnologiya, rahatlıq, davamlılıq və ən üst səviyyəli səs aydınlığını özündə birləşdirir. “Beoplay EQ” sizə gündəlik həyatın səs-küyündən uzaqlaşmağa imkan verəcək.
“Beoplay EQ” 20 saata qədər oxutmanı ANC sistemi aktivləşdirildikdə isə 6,5 saata qədər fasiləsiz işləməni təmin edir. Cəmi 20 dəqiqə ərzində sürətli şarj funksiyası iki saat oxutmanı təmin edir.
“Beoplay EQ” kiçik və erqonomik formaya dəyişdirilə bilən qulaq uclarına malikdir. Hərəkət zamanı əlavə davamlılığı təmin etmək üçün şarj qutusu anodlaşdırılmış alüminiumdan hazırlanmışdır.
“Beoplay EQ” dinamik şəhər həyatı həvəskarları üçün mükəmməl hədiyyədir.
İdeya № 2: Küybatırıcı sistemə malik “Beoplay HX” qulaqcıqları.
“Beoplay HX” rəqəmsal aktiv küybatırıcı özəlliyi sayəsində güclü və orijinal səslənməni təmin edir, 35 saata qədər oxutma və yüksək rahatlıq vəd edir!
“Beoplay HX” ilə özünüzü musiqinin səsləndiyi bir konsertdə hiss edəcəksiniz. Xüsusi “Bang & Olufsen” tətbiqi ilə səs profillərini, ANC-nin ilkin kökləmələrini asanlıqla dəyişə və ən vacib funksiyalara birbaşa qulaqlıq interfeysindən daxil ola bilərsiniz.
“Beoplay HX” qulaqlıqları yüngül və davamlıdır. Erqonomik dizayn onlarda gün ərzində rahatlıqla istifadə etməyə imkan verir.
“Bang & Olufsen” şirkəti ən dəbdəbəli “Beoplay HX” qulaqlıqlarını yaratmaq üçün yumşaq dəri və cilalanmış alüminiumdan istifadə etmişdir.
Bu, səyahət edənlər və ya uzaqdan işləməyi sevənlər üçün əla hədiyyədir.
İdeya № 3: “Beosound Explore” portativ kolonkası macəra həvəskarları üçün hazırlanmışdır.
Toz və suya qarşı etibarlı davamlılığı ilə seçilən “Beosound Explore” portativ kolonkası, rahat formaya, optimal çəkiyə və daxili karabinerə malikdir. Cızıqlara və kənar təsirlərə qarşı davamlılığı artırmaq üçün kolonkanın hazırlanması zamanı II tip anodlaşdırılmış alüminiumdan istifadə edilməsi onu aktiv istirahət üçün ideal alətə çevirir. Suyun 1 metr dərinliyində 30 dəqiqəyə qədər işləyə bilən “Beosound Explore” 27 saata qədər avtonom çalışmanı təmin edir.
Unikal silindrik forma, yüksək performanslı dinamiklər və səsgücləndiricilərlə birlikdə kempinq və ya səfərlər üçün 360 dərəcəli həcmli səslənməni və dolğun bası təmin edir.
İdarəetmə paneli istənilən şəraitdə - suda, qumda, çirkli mühitdə, hətta əlcəklə olduqda belə, qüsursuz işlədilə bilmək üçün nəzərdə tutulmuşdur.
Simsiz qoşulma iki kolonkanı stereo cütdə birləşdirməyə imkan verir.
“Beosound Explore” açıq havada aktiv istirahət etməyi sevənlər üçün idealdır.
“Bang & Olufsen” məhsullarını əldə edə biləcəyiniz rəsmi tərəfdaş mağazaları: Kontakt.az, almastore.az, irshad.az, italdizain.az
Reklam hüququnda