Prezident İlham Əliyev Şuşa Bəyannaməsini təsdiqləyib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Şuşa Bəyannaməsini təsdiqləyib

S.Xankişiyeva14:11 - 12 / 02 / 2022
Prezident İlham Əliyev Şuşa Bəyannaməsini təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiq edilsin.

Paylaş:
802

Son xəbərlər

Bütün xəbərlər