Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Qafar Ağayev09:07 - 16 / 02 / 2022
Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Xəyal Aslanov saxlanılıb. Üzərindən narkotik vasitə olan “heroin” aşkar edilən saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun 2021 və 2022-ci illərin müxtəlif vaxtlarında rayon razisindəki ümumilikdə 4 mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif məbləğlərdə nağd pul, danışıq kartları və tütün məmulatları oğrulması müəyyən edilib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Paylaş:
329

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər