Sosial həssas insanlara həssas yanaşma - Ödənişsiz abituriyent hazırlığı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial həssas insanlara həssas yanaşma - Ödənişsiz abituriyent hazırlığı

Qafar Ağayev10:30 - 25 / 02 / 2022
Sosial həssas insanlara həssas yanaşma - Ödənişsiz abituriyent hazırlığı

Öz xeyriyyəçi vizyonu ilə fərqlənən “Fortis Academy” 2019-cu ilin sentyabr ayından etibarən Azərbaycanda analoqu olmayan bir təhsil xidməti göstərir: şəhid, qazi ailələri və sosial həssas qrupa aid olan ailələrin övladlarına tam ödənişsiz ali məktəb hazırlığı.

1news.az xəbər verir ki, ölkənin aparıcı sənaye müəssisələrindən olan “Fortis Group”un təşəbbüsü və dəstəyi əsasında yaradılmış “Fortis Academy” tam xeyriyyə məqsədli bir layihədir. Başqa sözlə desək, bu layihə “Fortis Group”un Korporativ Sosial Məsuliyyətinin nəticəsidir.

“Fortis Academy” 3 ildir fəaliyyət göstərməsinə baxmayaraq əldə etdiyi yüksək nəticələr sayəsində onun fəaliyyəti ilə tanış olan hər kəsin təqdirini qazanmışdır. Belə ki, “Fortis Academy” hələ ilk ilində 70 %, 2020-2021-ci tədris ilində isə 100 %-lik nəticə göstərərək böyük uğura imza atıb.

Burada şagirdlər tam ödənişsiz təhsil almaqla yanaşı, dərs vəsaitləri, test topluları, sınaq imtahanları və nəqliyyat xidməti ilə də ödənişsiz təmin olunurlar. Hal-hazırda 20-dən çox müəllimin dəstəyi ilə 170 şagird “Fortis Academy”də onlar üçün yaradılmış əlverişli şəraitdən yararlanır. Növbəti ildə isə 225 şagirdə bu cür şəraitin yaradılması nəzərdə tutulub.

Onlar burda həm ali məktəbə daxil olmaq üçün lazım olan biliklərə yiyələnir, həm də, gələcək üçün dünyagörüşlü bir vətəndaş kimi formalaşırlar. Belə ki, onların Azərbaycanın mədəni irsi ilə də tanış olmasına, hərtərəfli bir vətəndaş kimi yetişməsinə dəstək olmaq məqsədilə muzeylərə, müxtəlif elm və mədəniyyət mərkəzlərinə müntəzəm ekskursiyalar təşkil olunur.

Təhsil ocağında mütəmadi olaraq bilik yarışları, viktorinalar, mədəniyyət və ədəbiyyatımızın sevilən simaları ilə görüşlər keçirilir.

“Fortis Academy”də şagirdlərin ali məktəb hazırlığı həm də yüksək tələbkarlıqla müşayiət olunur. Belə ki, gündəlik davamiyyətin yoxlanılması və bu barədə valideynlərin məlumatlandırılması, ev tapşırıqlarının mütəmadi yoxlanılması, həftəlik dərslərdə fəallığın qiymətləndirilməsi, müxtəlif mükafatlandırmalar və valideyn iclaslarının keçirilməsi şagirdlərin yüksək hazırlığını təmin etməyə imkan verir.

Şagirdlərə psixoloji konsultasiyaların göstərilməsi, ixtisas seçimində məsləhətlərin verilməsi və onların DİM ölçmə-qiymətləndirmə meyarlarına uyğun tematik planla təmin olunması qəbul imtahanları ərəfəsində şagirdlərin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsinə şərait yaradır.

Bu il məzun olacaq 11-cilər keçənilki rekordu təzələmək üçün onlara yaradılmış şəraitdən maksimum faydalanır və cidd-cəhdlə çalışırlar.

Qeyd edək ki, onların yerini tutmaq və “Fortis Academy”də təhsil almaq istəyənlər üçün onlayn qeydiyyat artıq başlayıb.

“Fortis Academy” övladlarının ali məktəblərdə təhsil almasını istəyən, lakin onların hazırlığını təmin etmək üçün maddi imkanı olmayan ailələrin hər zaman yanındadır. Əgər övladınızın potensialını görür və abituriyent hazırlığında ona kömək göstərilməsini arzulayırsınızsa, qeydiyyatdan keçin.

http://fortisgroup.az/fortisacademyregister

“Fortis Academy”nin əməkdaşları tez bir zamanda sizinlə əlaqə saxlayacaq və qəbul imtahanları haqqında dolğun məlumat verəcəklər.

Paylaş:
849

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər