28 fevrala olan koronavirus STATİSTİKASI açıqlandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

28 fevrala olan koronavirus STATİSTİKASI açıqlandı - FOTO

Qafar Ağayev17:11 - 28 / 02 / 2022
28 fevrala olan koronavirus STATİSTİKASI açıqlandı - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 1 090 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 785 670 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 765 373 nəfər müalicə olunaraq sağalıb, 9 417 nəfər vəfat edib, aktiv xəstə sayı 10 880 nəfərdir.

Ölkədə son sutka ərzində 3 860, hazırkı dövrədək isə 6 554 964 test aparılıb.

Paylaş:
1541

Son xəbərlər

Bütün xəbərlər