“İcazə” blanklarının qanunsuz satışının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

“İcazə” blanklarının qanunsuz satışının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir

Qafar Ağayev17:46 - 03 / 03 / 2022
“İcazə” blanklarının qanunsuz satışının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir

Dövlət Avtomobil Nəqliyyatı Xidməti “İcazə” blanklarının daşıyıcılar və şirkətlər arasında qanunsuz satışı ilə mübarizə tədbirlərini davam etdirir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən 1news.az-a bildirilib ki, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da “İcazə” blanklarına daşıyıcının ştampının vurulması sırf onun məsuliyyəti və vəzifəsidir. Daşıyıcıların bəzi hallarda üzərilərinə düşən məsuliyyətə etinasız yanaşması xoşagəlməz nəticələrə və blankların qanunsuz satışına yol açır. Neqativ halların qarşısının alınması məqsədilə daşıyıcılar “İcazə” blanklarını xidmətdən təhvil alan zaman onları yerində şirkətin ştampı ilə möhürləməlidirlər. Dövlət Avtomobil Nəqliyyatı Xidməti prosedurun icrasına nəzarət edən əməkdaşlar ayırıb.

Qurumda, həmçinin “İcazə” blanklarının nömrələri əsasında hansı daşıyıcıya verilməsi qeydə alınır. Bu, daha sonra identifikasiya aparmağa və qanunsuz satış hallarını araşdırmağa imkan yaradır.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti sürücülərə və daşıyıcılara diqqətli olmağı tövsiyə edir. “İcazə” blanklarının qanunsuz satışı ilə rastlaşarlarsa, bu barədə [email protected] elektron poçt ünvanı, https://www.facebook.com/AzDANX rəsmi feysbuk ünvanı və (+99412) 566-52-58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, “İcazə blankları” ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir.

Paylaş:
1036

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər