Prezidentin “İçərişəhər”ə sədr təyin etdiyi Şahin Seyidzadə kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentin “İçərişəhər”ə sədr təyin etdiyi Şahin Seyidzadə kimdir? - DOSYE

Qafar Ağayev11:34 - 03 / 03 / 2022
Prezidentin “İçərişəhər”ə sədr təyin etdiyi Şahin Seyidzadə kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri təyin edilib.

1news.az Şahin Seyidzadənin haqqında məlumatları təqdim edir:

Şahin Kamil oğlu Seyidzadə 15 aprel 1978-ci ildə Bakıda doğulub.

O, 1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirmişdir.

1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsindən məzun olub.

2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini bitirib.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Menecment" ixtisası üzrə magistr dərəcəsi alıb.

2007-ci ildə Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" ixtisası üzrə təhsilə yiyələnib.

2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsi alıb.

1999–2005-ci illərdə "Milli Debat Mərkəzi"nin direktoru vəzifəsində çalışıb.

2005–2007-ci illərdə "İnsan Resursları Məktəbi"nin rəhbəri olub.

2006–2012-cı illərdə bir sıra özəl müəssisələrin rəhbərlik vəzifələrində çalışıb.

2012–2016-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 2012–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub.

2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH qrupları"nın İcra Komitəsinin rəhbəridir.

2019-cu ildən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası "Gənc sahibkarlarla iş komissiyası"nın sədr müavinidir.

2019-cu ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Sosial layihələr" müsabiqəsinin rəhbəridir.

9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə VI çağırış millət vəkili olaraq seçilib.

Azərbaycan Respublikasının Milli Məclisinin Elm və Təhsil, həmçinin Gənclər və idman Komitələrinin, "Ali təhsil haqqında" Azərbaycan Respublikası Qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış İşçi Qrupunun, həmçinin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvüdür.

Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsilin təşkili və idarəetməsi" üzrə fəlsəfə doktorluğu üzrə dissertantıdır. İngilis və Rus dillərində sərbəst danışa bilir.

Ailəlidir, 2 övladı var.

Paylaş:
2354

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər