Bu gün 40 azərbaycanlı Nikolayevdən Odessaya təxliyə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 40 azərbaycanlı Nikolayevdən Odessaya təxliyə olunub

Qafar Ağayev14:07 - 07 / 03 / 2022
Bu gün 40 azərbaycanlı Nikolayevdən Odessaya təxliyə olunub

“Bu gün 40 nəfər azərbaycanlı Nikolayevdən Odessaya təxliyə olunub”.

1news.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov (Kəsəmən) deyib.

O bildirib ki, həmin şəxslər Odessadan Moldova sərhədinə göndəriləcək, Moldovadan isə Rumıniya vasitəsilə Azərbaycana yola salınacaqlar.

Qeyd edək ki, ötən gecə Ukraynanın Nikolayev şəhəri güclü raket zərbələrinə məruz qalıb.

Paylaş:
786

Son xəbərlər

Bütün xəbərlər