Zəfər amnistiyası ilə bağlı şikayətlərin araşdırılması üçün Monitorinq qrupu yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəfər amnistiyası ilə bağlı şikayətlərin araşdırılması üçün Monitorinq qrupu yaradılıb

Qafar Ağayev11:26 - 11 / 03 / 2022
Zəfər amnistiyası ilə bağlı şikayətlərin araşdırılması üçün Monitorinq qrupu yaradılıb

“8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının icrası ilə bağlı nazirlik üzrə 05.11.2021-ci il tarixli əmrlə həmin Qərarın tətbiqi ilə əlaqədar daxil olmuş şikayətlərin araşdırılması üçün Monitorinq qrupu yaradılıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, ötən müddətdə 15 belə şikayət daxil olmuş, onlardan 14-ü araşdırılmaqla nazirliyin rəhbərliyinə məruzə edilmişdir (cəmi 19 məhkum barəsində).

"Onlardan 5-i Cəzaların icrasına nəzarət üzrə müfəttişlik, 1-i İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən Monitorinq qrupuna göndərilmiş, 1-i prokurorluğun “Qaynar xətt”indən, 6-ı Katiblikdən bilavasitə daxil olmuş, 2-si isə Monitorinq qrupuna məlumat verilməklə Penitensiar xidmət tərəfindən məzurə edilmişdir.

Şikayətlərdən 2-i probasiya, digərləri isə Penitensiar xidmətlə əlaqədar olmuşdur.

Araşdırmalarla bütün şikayətlərin əsassız olması müəyyən edilmiş, onlardan 6-sı məlum amnistiya aktının təsiri dairəsinə düşməyən məhkumlar barəsində, 4-si zərərçəkmiş şəxslərin şikayətləri, 2-si dini baxışlarına görə nəzarətdə olan məhkum barəsində, 3-ü şikayət daxil olanadək barəsində amnistiyanın tətbiqi ilə bağlı tədbirlər görülmuş məhkumlar barəsində olmuş, 2-i üzrə şikayət daxil olduqdan sonra amnistiyanın tətbiqi ilə bağlı tədbir görülmüşdür (məhkumlar barəsində mərhələləli şəkildə tədbirlərin görülməsi və həmin şəxslərin amnisitiya aktının tətbiqindən sonra cəzası azalsa da, 1 ildən çox həbsdə qalacağı nəzərə alınmışdır).

Şikayətlərdən biri üzrə aşkar edilmiş pozuntular (məhkumun məcburi müalicəsi ilə bağlı səhiyyə qurumuna davamlı müraciət edilməməsi və amnistiyanın tətbiqi ilə bağlı şikayətdən sonra müraciət olunması) Ağsu rayon icra və probasiya şöbəsinin probasiya üzrə stajoru Məqsəd Cavadlının və şöbə rəisi Emil Əhmədlinin diqqətinə çatdırılıb",-deyə A. Sabitova bildirib.

Paylaş:
742

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər