Azərbaycanlı rəssam Azər Məmmədli ilə birgə İTALDIZAIN incəsənət layihəsinə başlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı rəssam Azər Məmmədli ilə birgə İTALDIZAIN incəsənət layihəsinə başlayıb - FOTO

11:25 - 21 / 03 / 2022
Azərbaycanlı rəssam Azər Məmmədli ilə birgə İTALDIZAIN incəsənət layihəsinə başlayıb - FOTO

Dünya Poeziya Gününə həsr olunan bu layihə dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı poemasında təsvir olunan yeddi gözəlin alternativ təfsiridir.

Xarici və daxili aləmlərin inkişafına həsr olunmuş “Yeddi gözəl” layihəsi bizə şərq nağılına qərq olmağa imkan verir.

Poemada olduğu kimi, hər bir portretin öz unikal çalarları var və onlar gözəl zinət əşyaları ilə tamamlanır. Əfsanəvi gözəlləri Messika, Pasquale Bruni, Stephen Webster, Leo Pizzo və Utopia brendlərinin zinət əşyaları bəzəyir.

Strit-art aləmində @azyadeon kimi tanınan istedadlı qraffiti rəssamı Azər Məmmədli obrazlar üzərində İTALDIZAIN stilistləri ilə birgə çalışıb.

Layihə İTALDIZAIN-ın sosial şəbəkələrdəki səhifələrində dərc olunacaq.

Reklam hüququnda

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər