Gəncənin qala divarlarına laqeyd yanaşma: Aşan gerb niyə düzəldilmir? - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncənin qala divarlarına laqeyd yanaşma: Aşan gerb niyə düzəldilmir? - FOTO

12:09 - 22 / 03 / 2022
Gəncənin qala divarlarına laqeyd yanaşma: Aşan gerb niyə düzəldilmir? - FOTO

Gəncədə dörd gün əvvəl əsən külək şəhərin girişindəki Qala divarları kompleksinin üzərində yerləşən gerbi aşırıb.

Gəncə Dövlət Tarix Mədəniyyət qoruğundan APA-ya bildirilib ki, hadisə martın 20-də axşam saatlarında baş verib. Güclü külək nəticəsində Qala divarların üzərində yerləşən gerbin aşması barədə dərhal aidiyyatı qurumlara məlumat verilib.

Qoruğun direktoru Cumalik Rəhimov bildirib ki, hadisə baş verən gün dərhal əraziyə baxış keçirilib və gerb bu gün yerinə bərpa olunacaq.

Qeyd edək ki, Gəncədə bir neçə gündür davam edən külək 10-dan çox evdə və binada fəsadlar yaradıb. Həmçinin Nizami Gəncəvi prospektində evin üzərinə çəkilmiş üzlük daşlarının aşması nəticəsində iki nəfər xəsarət alıb.

1news.az

Paylaş:
372

Son xəbərlər

Bütün xəbərlər